Bakıda partlayışdan sonra hadisə yerinin hazırkı vəziyyəti - ÖZƏL FOTOLAR

Bakıda partlayışdan sonra hadisə yerinin hazırkı vəziyyəti - ÖZƏL FOTOLAR

Hazırda oxunan: Bakıda partlayışdan sonra hadisə yerinin hazırkı vəziyyəti - ÖZƏL FOTOLAR

67724

Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma tədbirləri davam etdirilir.

Hadisə nəticəsində son məlumata əsasən klubda fəaliyyət göstərən bir qadın həyatını itirib, 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində gecə klubu ilə yanaşı, yaxınlıqdakı digər iaşə obyektləri, o cümlədən "Böyükfırat" restoranı ciddi zərər görüb.

Bizim.Media hadisə yerinin hazırkı vəziyyəti ilə bağlı fotoqraf Rəşad Orucoğlunun çəkdiyi fotoları təqdim edir.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO