Ukraynanın hərbi əməliyyatlara aylıq xərcləri təxminən 10 milyard dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə iqtisadiyyatın inkişafı məsələlərinə həsr olunmuş müşavirənin yekunları ilə bağlı açıqlamada bildirilib.
“Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti hərbi əməliyyatlara ayda təxminən 10 milyard dollar sərf edir”, - Ukrayna Prezidenti Ofisinin məlumatında belə deyilir.
Qeyd olunur ki, müşavirədə xərclərin maliyyə mənbələri, o cümlədən dövlətin özünün vergi gəlirləri və tərəfdaşlardan daxil olan yardımlar müzakirə edilib. Həmçinin Ukrayna iqtisadiyyatının vəziyyəti və onun yaxın gələcəkdə inkişaf perspektivləri nəzərdən keçirilib.
Volodimir Zelenskinin yanında keçirilən görüşün iştirakçıları ölkədə əkin kampaniyasının keçirilməsini, aqrar sahə işçilərinin yanacaqla təminatı məsələlərini də müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:22 / 02.04.2022
Ukrayna müharibəyə ayda 10 milyard dollar xərcləyir
Hazırda oxunan: Ukrayna müharibəyə ayda 10 milyard dollar xərcləyir
Hazırda oxunan: Ukrayna müharibəyə ayda 10 milyard dollar xərcləyir
67700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.