Azərbaycanda körpəyə Zelenskiyə görə Volodimir adı vermək istədilər - İCAZƏ VERİLMƏDİ VƏ...

Azərbaycanda körpəyə Zelenskiyə görə Volodimir adı vermək istədilər - İCAZƏ VERİLMƏDİ VƏ...

Hazırda oxunan: Azərbaycanda körpəyə Zelenskiyə görə Volodimir adı vermək istədilər - İCAZƏ VERİLMƏDİ VƏ...

67685

Azərbaycanda yeni doğulmuş körpəyə Ukrayna prezidentinin şərəfinə Volodimir adını vermək istəyən valideynlərə “yox” deyilib.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıtda yaşayan tanınmış həkim Səxavət Əlisioy bildirib. O qeyd edib ki, körpənin babası onun köhnə dostlarındandır:

“İcazə vermirlər ki, milli ad qoymalısan. Adlarımızın böyük əksəriyyəti ərəb, fars kökənlidir. Ancaq "milli təəssübkeşlər" bu adlara qadağa qoymur.

İndi kimsə deyəcək ki, peyğmbərin, imamların adlarını yasaqlamaq olmaz.

Mən də deyirəm ki, olar. Nədən ki, Məhəmməd, Əli, Hüseyn, Həsən və digər müqəddəs şəxslərin adlarını daşıyan çox sayda şərəfsiz, əyyaş, oğru, dəyyus göstərmək olar. Ki, bu da o kişilərin ruhunu incidir.

Mən Azərbaycanda Marks, Engels, Marlen, Oktyabr, Kombaynla rastlaşdım. Yəqin ki, sizlər də rastlaşıbsınız.

Volodimir adında nə qəbahət var ki? Adam aslan kimi özündən 10 qat güclü ordunun qarşısında dayanıb...

Köhnə dostuma məsləhət gördüm ki, qarşıdurmaya gərək yox, qoy o körpəyə ata-anası bir milli ad versin, sən elə Volodimir deyərsən”.

S.Əlisoy deyib ki, o özü də həmin uşağı Volodimir çağıracağına söz verib. (gundem.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO