Azərbaycan gimnastından Bakıdakı Dünya Kubokunda bürünc medal - YENİLƏNİB

Azərbaycan gimnastından Bakıdakı Dünya Kubokunda bürünc medal - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycan gimnastından Bakıdakı Dünya Kubokunda bürünc medal - YENİLƏNİB

67641

Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Bizim.Media-nın məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.

Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.

*** 13:50

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib. 

Bizim.Media xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib. 

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı. 

Qeyd edək ki, bu gün Azərbaycanın digər idman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə final çıxışını edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO