Qubada

Qubada "Səməniatdı" günü izdihamla qeyd olundu - FOTO 

Hazırda oxunan: Qubada "Səməniatdı" günü izdihamla qeyd olundu - FOTO 

67631

Qubada hər il Novruz bayramından 14 gün sonra Qudyalçayın üstünə gəlib ürəyindən keçən arzu-diləyi axar suya söyləmək, bayramda cücərtdiyi səmənini çaya atmaq, növbəti ilin eyni günündə arzusu çin olarsa, yenidən çay üstünə gəlib şirniyyat, konfet paylamaq! Bəli, bu milli adət hər il aprelin 2-də Qubada həyata keçirilir. 

Bizim.Media-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün də Qudyalçayın üstü izdihamlıdır. 

Ramazan ayının ilk gününə təsadüf edən gündə Quba şəhər sakinləri olan qız -gəlinlər, gənclər su üstünə gələrək səməni ataraq öz niyyət və arzularının həqiqət olması üçün dua edir, niyyət tuturlar. 
Çay başında hər kəs öz arzusunu dilə gətirməsə də diləyini yalnız  suya söyləyir. Çay üstünə gəlib konfet, şirniyyat paylayan sakinlərə də rast gəlinir.  

Qubaya məxsus "Səməniatdı" mərasimində bayramda cücərdilmiş səməninin suya atılması digər bir məna da daşıyır. Yazın gəlişilə suya qarışan buğda dənələrinin el-obaya, torpağa əkinə bolluq gətirməsi kimi də yozulur. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO