Daxili Qoşunlar 5 milyon manatlıq paltar alacaq

Daxili Qoşunlar 5 milyon manatlıq paltar alacaq

Hazırda oxunan: Daxili Qoşunlar 5 milyon manatlıq paltar alacaq

67574

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi əşya əmlaklarının (1), baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq-hərbi ləvazimatların (2), qış, yay tufliləri, uzunboğaz çəkmələr, kazarma başmaqları, idman ayaqqabıları və yüngülləşdirilmiş uçuş botinkalarının (3), uzunboğaz botinkalar və rezin çəkmələrin (4) alınması ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Bakixanov Trikotaj" ASC (1), "Buta-Tikiş" (2) və "ME.GA.AN" (3-4) MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,3 milyon manat, 1,931 milyon manat, 470 min manat və 995 min manat, ümumilikdə isə 4,696 milyon manat ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO