Apteklərdə bu dərmanlar satılmayacaq - YENİ QADAĞA 

Apteklərdə bu dərmanlar satılmayacaq - YENİ QADAĞA 

Hazırda oxunan: Apteklərdə bu dərmanlar satılmayacaq - YENİ QADAĞA 

67519

Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək. 

Bizim.Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Xəzər TV-yə bu barədə bildirib.  

Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq. 

Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq.
Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək. 

Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO