BMT-dən Ramazan ayı münasibətilə müsəlmanlara MÜRACİƏT

BMT-dən Ramazan ayı münasibətilə müsəlmanlara MÜRACİƏT

Hazırda oxunan: BMT-dən Ramazan ayı münasibətilə müsəlmanlara MÜRACİƏT

67503

Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Baş Katib bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularını çatdırıb. 

“Bu, mərhəmət və şəfqət ayıdır. Düşünmək və öyrənmək zamanıdır. Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək imkanıdır. Qaçqınlar üzrə Ali Komissar kimi başladığım ənənəni Baş katib olandan sonra da böyük qürurla davam etdirirəm. 

Hər Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail olurdum. Təəssüf ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi. Lakin şadam ki, bu ənənəni bu il bərpa edəcəyəm. Faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və qorxu ilə üzləşən hər kəsi yad edirəm. 

Müqəddəs Quranda da yazıldığı kimi, Allah bir-birimizi tanıyaq deyə xalqları və qəbilələri yaradıb. 

Bu müqəddəs ayda və hər gün, bütün qadınların və kişilərin təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib çalışaq. Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq. 
Ramazan ayınız mübarək!”, o deyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO