Daha üç qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO

Daha üç qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO

Hazırda oxunan: Daha üç qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO

67443

Müalicə məqsədilə ağır yaralanan üç qazimiz Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.

Bu barədə Bizim.Media-ya "YAŞAT" Fondundan məlumat verilib.

Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb. Qeyd olunub ki, qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO