Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, açıqlamada deyilir:
"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb.
Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib.
Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:57 / 31.03.2022
Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA
Hazırda oxunan: Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA
Hazırda oxunan: Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA
67417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.