Naxçıvanda məktəb binası uçdu - 4 ölü, 1 yaralı var - RƏSMİ AÇIQLAMA - FOTO

Naxçıvanda məktəb binası uçdu - 4 ölü, 1 yaralı var - RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Naxçıvanda məktəb binası uçdu - 4 ölü, 1 yaralı var - RƏSMİ AÇIQLAMA - FOTO

67391

Nehrəmdə məktəbdə baş verən uçqun nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Bizim.Media verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb. 

Həlak olan şəxslər: 

- 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 

- 1972-ci il təvəllüdlü Həsən Əliyev, 

- 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, 

- 1988-ci il təvəllüdlü Asəf Rüstəmov. 

Xəsarət alan şəxs: 

- 1996-cı il təvəllüdlü Alı Əliyev. 

Hazırda Babək Rayon Prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO