"Azərsu"nun əməkdaşını tüfənglə hədələyən şəxs saxlanıldı

Hazırda oxunan: "Azərsu"nun əməkdaşını tüfənglə hədələyən şəxs saxlanıldı

67390

"Azərsu" ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edən Zülfüqar Mehdiyev tutulub.

Bizim.Media Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda istintaq hərəkətləri davam edir. Əməldə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisə 28 may qəsəbəsində qeydə alınıb. Qəsəbənin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Z.Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər.

Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər.
Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO