Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, bu barədə aviasiya sənayesindəki vəziyyətlə bağlı iclasda bildirib.
Onun sözlərinə görə, Rusiyaya dost olmayan Qərb ölkələri qazın pulunu ödəmək üçün Rusiya banklarında rubl hesabı açmalı olacaqlar.
Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanksiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib.
Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb.
Bizim.Media