“WhatsApp”da yeni ÖZƏLLİK – Bu şəxslər mesajlarınızı oxuyub silə biləcək

“WhatsApp”da yeni ÖZƏLLİK – Bu şəxslər mesajlarınızı oxuyub silə biləcək

Hazırda oxunan: “WhatsApp”da yeni ÖZƏLLİK – Bu şəxslər mesajlarınızı oxuyub silə biləcək

67353

"WhatsApp”da yeni funksiya istifadəyə veriləcək.

Bizim.Media xəbər verir ki, qrup adminləri tezliklə "WhatsApp”da İcma yarada biləcəklər. Bu, qrup adminlərinə daha çox nəzarət imkanı verəcək.

Adminlər qruplar daxilində yeni qruplar yarada biləcəklər. Bütün qruplar başdan sona şifrələnəcək.

Həmçinin, qrup adminləri digər qrup üzvləri tərəfindən göndərilən mesajları silə biləcək. Admin mesajı sildikdə, istifadəçilər "Bu, admin tərəfindən silindi" bildirişi alacaqlar.

Bildirilir ki, "WhatsApp” hesabları daha təhlükəsiz etmək üçün masaüstü və veb versiyalarına da iki addımlı doğrulama tətbiq etməyi planlaşdırır.

Bu, hesaba icazəsiz girişin qarşısını alacaq. İki addımlı doğrulama ilə hesab sahibləri PİN kod yaradacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO