Soyqırım qurbanları Xaçmazda yad edildi - FOTO

Soyqırım qurbanları Xaçmazda yad edildi - FOTO

Hazırda oxunan: Soyqırım qurbanları Xaçmazda yad edildi - FOTO

67340

1918-ci ildə Quba qəzasında erməni vandallarının həyata keçirdiyi dəhşətli soyqırım qurbanları Xaçmazda da yad edilib.

Bizim.Media xəbər verir ki, rayonda keçirilən anım tədbirində Xaçmaz RİH başçısının müavini Günel Nurəddinova məruzə ilə  çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi insanlıqdan uzaq vandal və soyqırım hadisələrindən danışıb.

O, Bakı, Quba, Muğan, Şamaxı və digər yerlərdə həyata keçirilən qanlı olaylar zamanı ümumilikdə 199 kəndin tamamilə dağıdıldığını, 132 min dinc Azərbaycan vətəndaşının qanına qəltan edildiyini  diqqətə çatdırıb.

Sonda soyqırım hadisələrindən bəhs edən  "Unudulmayan tarix" filmi nümayiş olunub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO