Astarada toydan gələn dostlar qəzaya düşdü - Ölən və yaralanan var

Astarada toydan gələn dostlar qəzaya düşdü - Ölən və yaralanan var

Hazırda oxunan: Astarada toydan gələn dostlar qəzaya düşdü - Ölən və yaralanan var

67255

Astarada minik və  yük  avtomobilləri toqquşub.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Təngərüd kəndi ərazisində baş verib. 

Astara şəhər sakini 1986-cı il təvəllüdlü Astara şəhər sakini 1986-cı il təvəllüdlü Ramazanov Ramil Faiq oğlunun idarə etdiyi  “Hyundau Sonata” markalı avtomobil  “QAZ-66” markalı avtomobillə toqquşub. 

Nəticədə minik avtomobilində sərnişin olan 1985-ci il təvəllüdlü Astara şəhəri S.Vurğun küçəsində yaşayan Bəşirov Rahim Orucqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. 

Sürücü isə təcili yardım xidmətinin köməyi ilə  Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Dostların toydan gələrkən qəzaya düşdükləri bildirilir.  

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO