''Rusiya peyvəndini satmaq üçün başqa vaksinlərlə bağlı yalanlar yayır'' Avropa İttifaqı

''Rusiya peyvəndini satmaq üçün başqa vaksinlərlə bağlı yalanlar yayır'' Avropa İttifaqı

Hazırda oxunan: ''Rusiya peyvəndini satmaq üçün başqa vaksinlərlə bağlı yalanlar yayır'' Avropa İttifaqı

6721

Rusiyanın öz istehsal etdiyi peyvənddən başqa vaksinlər barədə dezinformasiya yaydığını iddia edib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

Borel Rusiyanın öz vaksinini yeganə çarə kimi təqdim etdiyini və digərlərinə qarşı inamsızlıq yaratmağa çalışdığını söyləyib:

''Qərb peyvəndi istehsalçıları Rusiya mətbuatı tərəfindən ələ salınır. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur''.

''Görünür, belə ritorika Rusiyanın öz peyvəndi “Sputnik V”ni satmaq istədiyi ölkələrə yönəlib. Pandemiyə dövründə bu cür təbliğat xalqın sağlamlığını təhdid edir''.

“Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir, demokratik sistemlərimizi sarsıtmağa çalışırlar”, - deyə Borel vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO