Energetika naziri Almaniyada bir sıra görüşlər keçirdi - FOTO

Energetika naziri Almaniyada bir sıra görüşlər keçirdi - FOTO

Hazırda oxunan: Energetika naziri Almaniyada bir sıra görüşlər keçirdi - FOTO

67185

Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və Almaniya Enerji Agentliyinin baş icraçı direktoru Andreas Kulmanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Rumıniyanın energetika naziri ilə baş tutan görüşdə perspektivdə Azərbaycandan təbii qazın tədarükünü, bu istiqamətdə ölkələrin müvafiq şirkətləri arasında əməkdaşlığı əhatə edən məsələlər müzakirə edilib.

Həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Layihə üzrə İşçi Qrupu çərçivəsində atılacaq addımlar nəzərdən keçirilib. Bu layihə Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması ilə elektrik enerjisinin ixracı aspektində dəyərləndirilib.
Almaniya Enerji Agentliyinin (DENA) baş icraçı direktoru Andreas Kulman və icraçı direktoru Kristina Haverkamp ilə keçirilən görüşdə isə bərpa olunan enerji sahəsində əməkdaşlıq mövzusu prioritet olub.

4 pilot layihə təklifinin hazırlanması ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafı istiqamətində Agentliklə əməkdaşlıq yüksək qiymətləndirilib.

Müzakirələr zamanı pilot layihələrin tətbiqi ilə bağlı məsələlər və tövsiyələr nəzərdən keçirilib, intensiv təmasların davam etdirilməsi razılaşdırılıb.
Bərpa olunan enerji üzrə DENA ilə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO