Yevlax-Bərdə yolunda ağır qəza – Yaralananlar var 

Yevlax-Bərdə yolunda ağır qəza – Yaralananlar var 

Hazırda oxunan: Yevlax-Bərdə yolunda ağır qəza – Yaralananlar var 

67119

Yevlax-Bərdə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın məlumatına görə, hadisə magistralın 9-cu kilometrində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin “Ford” markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.  
Yaralılılar 1980-ci il təvəllüdlü Bərdə rayon sakini İsmayılov Samir Xanlar oğlu, 1994-cü il təvəllüdlü Goranboy rayon sakini Aslanov Zaur Şaxsəddin oğlu, 1979-cu il təvəllüdlü Bərdə rayon sakini Rzaquluzadə Sevinc Xanlar qızı və 1953-cü il təvəllüdlü Goranboy rayon sakini Aslanova Təranə Məhəmməd qızı xəstəxanaya çatdırılıb. 

Adları çəkilən ilk 3 yaralının durumu ağır olaraq dəyərləndirilir. Yaralılardan biri FHN əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə xilas edilib.   

Fakta bağlı araşdırma aparılır. 

Ehtiram Muradov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO