Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU OLDU

Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU OLDU

Hazırda oxunan: Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU OLDU

67020

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.    

Bizim.Media xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.    

İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.     

Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO