Bakıda açılan “Başla” sərgisindən VİDEOREPORTAJ

Bakıda açılan “Başla” sərgisindən VİDEOREPORTAJ

Hazırda oxunan: Bakıda açılan “Başla” sərgisindən VİDEOREPORTAJ

67006

Bu gün Muzey Mərkəzində Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə "ArtColab" Yaradıcı Gənclər Platformasının fəaliyyətinin 3 ilin tamam olması münasibətilə platformada təmsil olunan yaradıcı gənclərin “Başla!" adlı qrup sərgisinin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində millət vəkilləri, ictimai xadimlər, gənc rəssamlar və kreativ sahədə çalışan menecerlər iştirak ediblər.

Sərgidə 27 gənc rəssamın 71 əsəri ictimaiyyətə təqdim olunub. Sərgilənən əsərlər kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla işlənmiş müxtəlif mövzulu əl işləridir.

Əsərlərə martın 30-dək tamaşa etmək olar.

Sərginin məqsədi gənc rəssamların kəşf edilməsi və cəmiyyətə tanıdılması ilə yanaşı, onların əsərlərini ictimaiyyətə təqdim etmələrinə şərait yaratmaqdır.
Qeyd edək ki, "ArtColab" Yaradıcı Gənclər Platforması 5 fevral 2019-cu ildən fəaliyyət göstərir və platformaya gənc rəssam, art menecer Çinarə Quliyeva rəhbərlik edir.

Ülviyyə Həsənqızı, Bizim.Media

FOTO: Rəşad Orucoğlu


 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO