Azərbaycanda orta maaş 1 000 manatı keçəcək - 2025-ci ildə

Azərbaycanda orta maaş 1 000 manatı keçəcək - 2025-ci ildə

Hazırda oxunan: Azərbaycanda orta maaş 1 000 manatı keçəcək - 2025-ci ildə

66972

Bu il Azərbaycanda orta aylıq əmək haqqının ötən illə müqayisədə 0,5% artaraq 811 manata çatması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilir.

"Bu ildən Azərbaycanda maaşların minimum həddi 250 manatdan 300 manata çatdırılıb. Bu islahatın gələcək illərdə orta maaşın artmasına səbəb olacağı gözlənilir. 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı artımının 0,2%, 2024-2025-ci illərdə isə 0,8% artaraq müvafiq olaraq 992 manat, 1 058 manat və 1 143 manat olması ehtimal edilir", - deyə sənəddə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərin maaş artımı üçün 157 milyon manat ayrılacaq - RƏSMİ 


Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 724 manat olub. Bu, 2020-ci ilə nisbətən 2,9% çoxdur.

Qeyd edək ki, “Deloitte Azərbaycan” şirkəti  “Deloitte CİS Holdings Limited” (“Deloitte MDB”) müəssisəsinə daxildir və “Deloitte Touche Tohmatsu Limited” şəbəkəsinin üzv şirkətidir. 

Deloitte Azərbaycanın paytaxtı olan Bakı şəhərində 120-dən artıq peşəkar mütəxəssis ilə təmsil olunur, dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO