Pentaqon Rusiyanın MÜHARİBƏDƏ əsas prioritetini açıqladı

Pentaqon Rusiyanın MÜHARİBƏDƏ əsas prioritetini açıqladı

Hazırda oxunan: Pentaqon Rusiyanın MÜHARİBƏDƏ əsas prioritetini açıqladı

66860

Rusiya ordusunun Ukraynanın şərqindəki son manevrləri göstərir ki, Donbasın ələ keçirilməsi Rusiya komandanlığı üçün prioritet məsələyə çevrilib. 

Bizim.Media BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, bu fikir Pentaqonda səsləndirilib.

Məlumata görə, ən aktiv təşviqat Xarkov vilayətində müşahidə olunur. Ötən həftə sonu Rusiya bölmələri İzyumun cənub-şərqindəki ərazilərin beş kilometr dərinliyinə daxil olub. 
ABŞ hesab edir ki, Rusiya ordusunun Donbasda diqqət mərkəzində olmasının üç izahı ola bilər: Ukrayna Silahlı Qüvvələrinin bölgədəki bölmələrini mühasirəyə almaq, onların döyüş əməliyyatlarının digər ərazilərinə keçməsinin qarşısını kəsmək, gələcək danışıqlar üçün güclü bir kozır əldə etmək.

Hərbi strategiyada ümumi dəyişiklik edilib. Rus qoşunları Kiyevə hücum cəhdlərini arxa plana atıb.

Pentaqonun məlumatına görə, rus qoşunları Kiyevin mərkəzindən 15-20 km şimal-qərbdə və şəhər mərkəzindən 55 km şərqdə yerləşir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO