Ötən gecə Los-Ancelesdə yerləşən Dolbi teatrında keçirilən 94-cü “Oscar” mükafatlandırma gecəsində skandal yaşanıb.
Bizim.Media xəbər verir ki, məşhur aktyor Uil Smit “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayan komediya ustası Kris Roku səhnədə vurub.
Belə ki, Rok çıxışı zamanı Uil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin xəstəliyi səbəbilə kəsdirdiyi saçlarına dair "heyranedici, çox qısa saçları" deyərək zarafat edib. Bundan sonra Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.
O, daha sonra kreslosuna qayıdaraq “arvadımın adını ağzına alma!” deyə komediya ustasına xəbərdarlıq edib.
Kris Rok isə öz növbəsində “bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi” deyərək çıxışına davam edib.
Baş verənlərin şou olduğu düşünülsə də, elə olmadığı açıqlanıb.
Xatırladaq ki, “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatı qazanan “Kral Riçard” filmindəki roluna görə ABŞ aktyoru və musiqiçisi Uil Smit olub.
Bizim.Media