Bolqarıstanın Moskvadakı səfiri Atanas Krıstin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb rusiyalı diplomatın Sofiyadan çıxarılmasıdır.
Səfir vəziyyəti şərh etməyib.
Qeyd edək ki, dekabrın ortalarında Bolqarıstan prokurorluğu diplomatik statusa malik Rusiya vətəndaşının hərbi məlumat toplamasından şübhələndiyini açıqlayıb.
Həmin şəxs persona non-qrata elan edilib və ölkədən çıxması üçün 72 saat vaxt verilib.
Rusiya səfirliyi isə bu addımı əsassız adlandırıb. Belə hərəkətlərin hərbi sahədə, eləcə də Qara dəniz bölgəsində sabitliyin möhkəmlənməsinə mane kimi qiymətlədirib.
Diplomatik nümayəndəlik cavab hüququnu özündə saxladığını diqqətə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:32 / 28.12.2020
Diplomatik qalmaqal böyüdü - Bolqarıstan səfiri Rusiya XİN-ə çağırıldı
Hazırda oxunan: Diplomatik qalmaqal böyüdü - Bolqarıstan səfiri Rusiya XİN-ə çağırıldı
Hazırda oxunan: Diplomatik qalmaqal böyüdü - Bolqarıstan səfiri Rusiya XİN-ə çağırıldı
6665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.