“Qızıl moruq” mükafatının builki sahibləri – ADLAR

“Qızıl moruq” mükafatının builki sahibləri – ADLAR

Hazırda oxunan: “Qızıl moruq” mükafatının builki sahibləri – ADLAR

66608

İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi “Qızıl moruq” mükafatının builki sahibləri bəlli olub.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan “Diana: The Musical” filmi beş kateqoriyada, o cümlədən əsas – “İlin ən pis filmi” mükafatına layiq görülüb.

Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən də pis olduğu bildirilib.

“Netflix” tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə “Ən pis rejissor” (Kristofer Eşli), “Ən pis ssenari” (David Bryan və Joe DiPietro), “Ən pis aktrisa” (Janna de Vaal) və “Ən pis ikinci plan aktrisası” (Cudi Key) olub.

Bundan başqa, “Space Jam: The New Generation” filmi də “Ən pis remeyk”, “Ən pis ardıcıllıq” nominasiyalarının qalibi olub. "Warner Bros" tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

Aktyor Cared Leto “The House of Gucci” filmindəki roluna görə “İkinci planda ən pis aktyor” seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO