Naftalanda şəhər mərkəzində meyit tapıldı

Naftalanda şəhər mərkəzində meyit tapıldı

Hazırda oxunan: Naftalanda şəhər mərkəzində meyit tapıldı

66453

Naftalanda xəstəlikdən əziyyət çəkən şəxs şəhər mərkəzində ölü tapılıb. 

Bizim.Media-nın məlumatına görə, 1976-cı il təvəllüdlü şəhər sakini Quliyev Ramiz Tofiq oğlu şəhərin mərkəzi küçələrindən birində ölü vəziyyətdə aşkar olunub. 

İlkin müayinə zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayan şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə aparılıb. 

Əldə olunan məlumata görə, ölən şəxs indiyədək müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. 

Faktla bağlı Goranboy rayon Prokurorluğu araşdırma aparır. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO