Ukrayna XİN rəhbəri: “Lazım gəldiyi qədər savaşacağıq” – VİDEO  

Ukrayna XİN rəhbəri: “Lazım gəldiyi qədər savaşacağıq” – VİDEO  

Hazırda oxunan: Ukrayna XİN rəhbəri: “Lazım gəldiyi qədər savaşacağıq” – VİDEO  

66422

"Bu müharibənin nə zaman bitəcəyi ilə bağlı suala indi heç kim cavab verə bilməz". 

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib. 

"Ukraynalılar üçün bu müharibədə qələbə qazanmaq öz kimliyimizi və ölkəmizi xilas etmək deməkdir. Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək. Kədərlənmək, illüziyaya qapılmaq olmaz, lazım gəldiyi qədər savaşacağıq, çünki bizim ölkəmiz, gələcəyimiz, kimliyimiz təhlükə altındadır", - nazir bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna XİN: “Kiyev ABŞ-ın iştirakıyla Moskva ilə danışıqlara hazırdır”


Jurnalistin "Ukrayna NATO-dan vaz keçirmi?" sualına cavab verən Dmitri Kuleba deyib ki, onun ölkəsi heç bir şeydən vaz keçmir:

"Sadəcə Ukraynanın hazırda təhlükəsizliyinin təminatı üçün həll yolları axtarılır. Ukraynanın təhlükəsizliyini ordumuz təmin edir, lakin biz müharibədən sonrakı ssenarilərə də baxmalıyıq. Ancaq NATO-ya vahid perspektivdən də baxa bilmərik ki, o bizim bütün problemlərimizi həll edəcək. NATO-dan imtina etmək demək də mübaliğə olardı". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO