Artıq altı ölkə Rusiyanın enerji resurslarından tamamilə və ya qismən imtina etməyə hazır olduqlarını bəyan ediblər.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə ABŞ Rusiyadan neft və qaz idxalına, Kanada neft idxalına qadağa qoyub. Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan neft və qaz idxalını dayandıracağını bildirib.
Bundan əlavə, 2022-ci ilin sonuna qədər Almaniya Rusiya neftindən tamamilə imtina etməyi planlaşdırır, Bolqarıstan və Polşa isə 2023-cü ildən etibarən Rusiya qazının ixracından imtinanı nəzərdə tutub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:47 / 25.03.2022
Almaniya da Rusiya neftindən imtina edir – Eyni addımı atan 6 ÖLKƏ
Hazırda oxunan: Almaniya da Rusiya neftindən imtina edir – Eyni addımı atan 6 ÖLKƏ
Hazırda oxunan: Almaniya da Rusiya neftindən imtina edir – Eyni addımı atan 6 ÖLKƏ
66409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.