Bakıda 3 mərtəbəli avtoservis yandı

Bakıda 3 mərtəbəli avtoservis yandı

Hazırda oxunan: Bakıda 3 mərtəbəli avtoservis yandı

66346

Bakıda avtoservis yanıb. 

Bizim.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar yanıb.

Yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib. 
Avtoservisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO