Əhalinin nağd avro alışı 23%-dək azaldı

Əhalinin nağd avro alışı 23%-dək azaldı

Hazırda oxunan: Əhalinin nağd avro alışı 23%-dək azaldı

66279

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 20,601 mln. nağd avro alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.
Mənbə qeyd edir ki, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 22,8% azdır.

Təkcə fevral ayına gəldikdə, ötən ay əhali 9,030 mln. nağd avro alıb ki, bu da yanvar ayı ilə müqayisədə 22%, ötən ilin eyni ayı ilə müqayisədə 44% azdır.

Bundan əlavə, 2022-ci ilin ilk iki ayında Azərbaycandakı banklara əhali tərəfindən 12,032 mln avro satılıb ki, bu da illik müqayisədə 34,9% çoxdur.

Təkcə fevralda banklara satılan avro kütləsinin həcmi isə 5,320 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 20,7% az olsa da, illik ifadədə isə 7,4% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO