Rusiya prezidenti Vladimir Putin və Volodimir Zelenski arasında görüş mümkündür, lakin bununla bağlı əvvəlcədən razılıq əldə olunmalıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Federasiya Şurasının sədri Valentina Matviyenko CCTV telekanalına müsahibəsində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Valentina Matviyenko: “Hər hansı dövlətdə rəngli inqilab cəhdi olarsa, KTMT...” - VİDEO
"O zaman mümkün olacaq ki, hər iki tərəf gündəliklə razılaşsın və hansısa yekun sənəd hazırlasın. Əks halda, prezidentlər görüşəcək, danışacaq və heç bir nəticə olmayacaq. Onda niyə bu görüşləri keçiririk?", deyə Matviyenko bildirib.
O, əlavə edib ki, Rusiya yekun sənədlə görüşün formatına hazırdır.
"Ancaq görüş nəticə verməlidir", - rusiyalı siyasətçi vurğulayıb.
Bizim.Media