Bilgəh ahıllar evində

Bilgəh ahıllar evində "Zəfərli Şuşa” adlı tədbir keçirildi – FOTO

Hazırda oxunan: Bilgəh ahıllar evində "Zəfərli Şuşa” adlı tədbir keçirildi – FOTO

66142

Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı -Reinteqrasiya mərkəzinin təşkilatçılığı ilə Bahar bayramı ərəfəsində Bilgəh ahıllar evində "Zəfərli Şuşa” adlı tədbir həyata keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə uşaq sığınacağında məskunlaşan uşaqların əl işləri - "Qədim Şuşa", "İşğal olunmuş Şuşa" və "Azad Şuşa"nı özündə əks etdirən üç eksponat nümayiş etdirilib. 

Tədbirin musiqili hissəsində sığnacağın uşaq xoru, rəqs qrupu və ASAN Könüllüləri Təşkilatının "Mədəniyyət Carçısı" proqramının  musiqi qrupu vətənpərvər mahnıları ilə çıxış edib. 
Sonda “Azerbaijan Flowers Company” tərəfindən təşkil edilən qızıl güllər orada məskunlaşan ahıllara və işçi  heyətinə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO