Putinlə Koçaryanın bir saatlıq gizli danışığının bəzi detalları açıqlandı

Putinlə Koçaryanın bir saatlıq gizli danışığının bəzi detalları açıqlandı

Hazırda oxunan: Putinlə Koçaryanın bir saatlıq gizli danışığının bəzi detalları açıqlandı

6613

Yayılan məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putinlə keçmiş Ermənistan lideri Robert Koçaryan arasındakı söhbət təxminən bir saat davam edib. Təhlükəsizlik məsələləri, eləcə də İrəvanın daxili siyasi vəziyyəti müzakirə edilib.

Bizim.Media xəbər verir ki, Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Viktor Soqomonyan, Vladimir Putinlə Robert Koçaryan arasında telefon danışığı barədə məlumatları inkar etməyib, eyni zamanda təfərrüatları açıqlamayıb.

Daha əvvəl @wargonzo layihəsinin mənbələri Rusiya lideri Vladimir Putinin Ermənistanın ikinci prezidenti Robert Koçaryanla telefonda danışdığını bildirmişdi.

Daha sonra məşhur rus media meneceri Aram Qabrelyanov özünün teleqram kanalında söhbətin təfərrüatlarını təqdim edib. Danışıq 18 dekabrda Koçaryan Moskvada xüsusi səfərdə olarkən baş tutub.

O, söhbətin əsasən Ermənistan və Qarabağdakı iqtisadi vəziyyətlə əlaqəli olduğunu söyləyib:

“Ermənistanın 2021-ci ilin fevralında düşə biləcəyi iqtisadi çöküşdən necə qaçacağı məsələsi müzakirə edilib. Ermənistan və Qarabağın təhlükəsizliyi məsələlərinə də toxunulub”.

Xatırladaq ki, Koçaryan Moskvaya dekabrın 17-də getmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO