Qırğızıstanla TDT arasında əməkdaşlıq müzakirə olundu - FOTO

Qırğızıstanla TDT arasında əməkdaşlıq müzakirə olundu - FOTO

Hazırda oxunan: Qırğızıstanla TDT arasında əməkdaşlıq müzakirə olundu - FOTO

66091

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının (AŞ) sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırımla görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ölkələr arasında ticari-iqtisadi, nəqliyyat-loqistika, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da inkişafı məsələləri müzakirə edilib.

Sadır Japarov TDT-nin fəaliyyətinə yüksək qiymət verib, strateji tərəfdaşlar kimi Qırğızıstan və Türkiyə arasında çoxplanlı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı B.Yıldırımdan təsis olunacaq Türk İnvestisiya Fondunun mənzil-qərargahının Bişkekdə yerləşməsinə yardımçı olmağı xahiş edib.

Binəli Yıldırım səmimi qəbula görə təşəkkürünü bildirib, TDT Ağsaqqallar Şurasının fəaliyyəti haqqında məlumat verib. O deyib ki, AŞ-nın növbəti iclasının bu ilin iyul ayında Qırğızıstanda keçirilməsi planlaşdırılır.

Görüşdə iclasla bağlı təşkilati məsələlər də müzakirə olunub.

Sadır Japarov Binəli Yıldırımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. (AzərTac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO