Kür çayında duzluluq AZALDI - RƏSMİ 

Kür çayında duzluluq AZALDI - RƏSMİ 

Hazırda oxunan: Kür çayında duzluluq AZALDI - RƏSMİ 

66024

Xəbər verildiyi kimi mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava  şəraitinin yağıntılı keçməsi və düşən yağıntının miqdarının bəzi rayonlarda aylıq normadan çox olması səbəbindən çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. 

Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kür çayı ilə bağlı müsbət PROQNOZ – “Qarşıdakı aylarda...” 


Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Bizim.Media-ya bildirib ki, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb:

"Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə  0.9q/l təşkil edib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO