"Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır".
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə göeə, Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 kub/km-dən çox su istifadə üçün götürülür.
Götürülən suyun 2/3-si kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur.
Xidmət rəsmisi qeyd edib ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 22.03.2022
Çaylardan götürülən suyun miqdarı açıqlandı
Hazırda oxunan: Çaylardan götürülən suyun miqdarı açıqlandı
Hazırda oxunan: Çaylardan götürülən suyun miqdarı açıqlandı
66007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.