“Son 4 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 40 minə qədər sərnişin daşınıb”.
Bu barədə Bizim.Media-ya Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Bildirilib ki, Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyəti göstərib.
Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib. Onlayn bilet alanların sayı əvvəlki illərdən daha çox olub. 17, 18, 19 mart tarixlərində ümumilikdə 5336 bilet əvvəlcədən alınıb:
“Qabaqcadan satış prosesində kassa önündə sərnişin biletləndirilərkən fin kodun, əlaqə telefonunun kompyüterə daxil edilməsi, sərnişinin səfər edəcəyi avtobus haqqında və digər sualları yaranır ki, bu da təxmini 2-3 dəqiqə zaman alır. Sərnişinlər əlavə vaxt itirməsin, narahatlıq yaşanmasın deyə qabaqlayıcı tədbir olaraq bayram günləri əlavə kassalar da açılıb. Statistik göstəricilərə əsasən reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub.
18,19,20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib. Əsas məqsəd sərnişinlərimizin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır”.
Məlumatda, həmçinin qeyd olunub ki, sərnişin axını 18 və 19 mart tarixlərində daha çox olub. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:04 / 21.03.2022
Bayram günləri avtovağzaldan daşınan sərnişinlərin sayı açıqlandı
Hazırda oxunan: Bayram günləri avtovağzaldan daşınan sərnişinlərin sayı açıqlandı
Hazırda oxunan: Bayram günləri avtovağzaldan daşınan sərnişinlərin sayı açıqlandı
65908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.