Azərbaycan millisinin sabiq hücumçusu təhdid olunur

Azərbaycan millisinin sabiq hücumçusu təhdid olunur

Hazırda oxunan: Azərbaycan millisinin sabiq hücumçusu təhdid olunur

65886

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubunun düşərgəsinə qayıtmayacaq. 

Bizim.Media "Match TV"yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumameylli yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır. 

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən gənc vingerin Kazan təmsilçisində oynamasını istəmir. 

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir. 

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO