"Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb".
Bizim.Media xəbər verir ki, bu barədə xidmət rəsmisi Vaqif Cavadov bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.
"Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb", - xidmət rəsmisi əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:54 / 21.03.2022
Bakıda ağacların kəsilməsinə görə sahə rəisi cəzalandırıldı
Hazırda oxunan: Bakıda ağacların kəsilməsinə görə sahə rəisi cəzalandırıldı
Hazırda oxunan: Bakıda ağacların kəsilməsinə görə sahə rəisi cəzalandırıldı
65873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.