Ermənistan Hadrutda baş verənləri təkzib etdi

Ermənistan Hadrutda baş verənləri təkzib etdi

Hazırda oxunan: Ermənistan Hadrutda baş verənləri təkzib etdi

6585

''Qarabağda hər hansı insident qeydə alınmayıb''.

Bizim.Media-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.


MÖVZU İLƏ BAĞLI:

Hadrut istiqamətində atışma olub - Şəhid və yaralılar var


Məlumatda deyilir:

“Bir sıra KİV-lər Hadrut bölgəsinin Tuğ kəndi yaxınlığında Ermənistan və Azərbaycan əsgərləri arasında yenidən hərbi əməliyyatların başlandığı barədə məlumat yayıblar.

Xatırladaq ki, Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Atəşkəs rejiminə ciddi əməl edilir. Heç bir bölmə qeyd edilən ərazidə hər hansı hərbi əməliyyatda iştirak etməyib”, - deyə açıqlamada bildirilib.

Həmçinin qeyd edilib ki, buna baxmayaraq, erməni tərəfi əlavə olaraq məlumatları dəqiqləşdirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO