Bərdədə avtomobil qiymətləri ucuzlaşdı – VİDEO  

Bərdədə avtomobil qiymətləri ucuzlaşdı – VİDEO  

Hazırda oxunan: Bərdədə avtomobil qiymətləri ucuzlaşdı – VİDEO  

65821

Bölgələrdəki avtomobil bazarlarında durğunluq hökm sürür. Alıcılar qiymət bahalığından, satıcılar isə alıcılıq qabiliyyətinin aşağı olmasından gileylənirlər. 

Bizim.Media xəbər verir ki, “Xəzər TV”nin Tovuzun avtomobil bazarından hazırladığı reportajda sözügedən mənzərə öz əksini tapıb. 

Belə ki, satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yuxarı olmasından narazıdırlar. Bərdənin avtomobil bazarında isə vəziyyət Tovuzdakından bir qədər fərqli olub.

Satışda çox maşın olsa da, burda da alıcıların sayı azdır. Lakin Bərdə bazarında ucuzlaşma müşahidə olunur.  

Bildirilir ki, bu günlərdə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya səbəb olub. Əsasən, Rusiya istehsalı olan avtomobillərin qiymətində 300-500 manat arasında ucuzlaşma var. 

Gəncənin maşın bazarında da durğunluq hiss olunur. Burada həm maşın azdır, həm alan, həm də satan.Satıcılar isə deyirlər ki, alıcıların azlığı bazarda durğunluğa səbəb olur. 
Bölgələrdəki avtomobil bazarlarındakı durğunluğun hələ bir müddət də davam edəcəyi proqnozlaşdırılır. 

Bizim.Media

 

v
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO