Göygöldə qaz balonu partladı - 1 nəfər xəsarət aldı

Göygöldə qaz balonu partladı - 1 nəfər xəsarət aldı

Hazırda oxunan: Göygöldə qaz balonu partladı - 1 nəfər xəsarət aldı

65797

Göygöldə  evdə qaz balonu partlayıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına   görə, rayonun Balçılı kəndində 1976-ci il təvəllüdlü  İbrahimova Xatirə  yaşadığı evdə qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu üçün  Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.

Bəlli olub ki, qadın yemək hazırlayan zaman qaz balonunu yandırmaq istəyib və bu vaxt  partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO