“Azəriqaz”dan ötən il qaz sərfiyyatının çox olması ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan ötən il qaz sərfiyyatının çox olması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Azəriqaz”dan ötən il qaz sərfiyyatının çox olması ilə bağlı AÇIQLAMA

65715

Ötən il 100-dən çox vətəndaş qaz sərfiyyatının çox olması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu sözləri Birliyinin növbəti “Açıq qapı” aksiyası zamanı Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib.

Departament rəisi bildirib ki, vətəndaşların və departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb. Hər birində qazın sərfiyyatı qaydalar çərçivəsində olub.

Ödənişli (smart-kart tipli) sayğacların sonradan ödənişli (mexaniki) sayğaclarla əvəzlənməsi ilə bağlı sualı cavablandıran Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib ki, qaz sayğaclarının 5 ili tamam olduqda sayğaclar mütləq qaydada çıxarılaraq dövlət yoxlamasına təqdim olunmalıdır.

“Ölçmə vasitəsi olaraq qaz sayğacları müəyyən müddət işləndikdən sonra sözsüz ki, norma daxilində olan xətalar yaranır. Həmin norma daxilində olan bu xətalar artıq müəyyən uyğunsuzluqlar yaradır.

Bizim də məqsədimiz balans mənsubiyyəti tərəfindən quraşdırılan ölçmə vasitəsini, yəni qaz sayğacının işlək və saz vəziyyətdə saxlanmasını təmin etməkdir”, - deyə şöbə rəisi qeyd edib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəffaflığın qorunması, vətəndaşları narahat edən məsələlərə yerindəcə aydınlıq gətirilməsi istiqamətində görülən işlərdən söz açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO