Bayden Brüsselə gedir - 3 sammitdə iştirak edəcək

Bayden Brüsselə gedir - 3 sammitdə iştirak edəcək

Hazırda oxunan: Bayden Brüsselə gedir - 3 sammitdə iştirak edəcək

65589

ABŞ Prezidenti Co Bayden gələn həftə Ukrayna ətrafında vəziyyətlə bağlı G7-nin ("Böyük Yeddilik") Brüsseldə keçiriləcək sammitində iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

"Bildiyiniz kimi, o, cümə axşamı Belçikanın paytaxtı Brüsselə gedəcək və orada dolğun gün keçirəcək", - Psaki deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ və Çin liderləri telefonla danışdılar - AĞ EVDƏN İLK AÇIQLAMA


O, Baydenin NATO-nun fövqəladə sammitində və Aİ sammitində də iştirak edəcəyini bildirib:

“Həmin gün ABŞ Prezidenti Ukraynadakı vəziyyəti ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə əlavə müzakirə etmək üçün G7-nin Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək”.

Cen Psaki əlavə edib ki, G7 sammitinin iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab hazırlayırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO