Ukraynalı general: \

Ukraynalı general: \"Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb\"

Hazırda oxunan: Ukraynalı general: \"Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb\"

65531

Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib. 

“Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var. Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi.

Ancaq onların bu planı uğursuzluğa düçar oldu. İşğalçıların planlaşdırdığı kimi, Kiyev üç gündə təslim olmadı. Biz onların planını tamamilə pozduq. Bu gün düşmən 70 km-dək geri sıxışdırılıb. Bununla da şəhərin xarici müdafiə dairəsi 70 km-dək genişlənib. Sol sahil üzrə də irəliləyiş var.
Odur ki, sakit ola bilərsiniz. Ancaq düşmən ikinci taktikaya əl atıb. O, infrastrukturumuzu həyasızcasına atəş tutur. İki müdafiə həlqəsi yaranıb. Düşmən dayandırılıb və uğur qazana bilmir. Onlar Brovarsk və Borispol istiqamətlərində fəal hücumdan imtina ediblər” – deyə Qruzeviç qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO