Bayram öncəsi od tutub yanan Mingəçevir bazarı - VİDEOREPORTAJ

Bayram öncəsi od tutub yanan Mingəçevir bazarı - VİDEOREPORTAJ

Hazırda oxunan: Bayram öncəsi od tutub yanan Mingəçevir bazarı - VİDEOREPORTAJ

65520

Novruz bayramına sayılı günlər qalıb. Böyükdən-kiçiyə yazın gəlişinə sevinən hər kəs bu Milli bayrama xüsusi və özünəməxsus şəkildə hazırlaşır. Amma razılaşaq ki, bayram hazırlığı öncəliklə bayram bazarlığından başlayır.

Buna görə də bayramqabağı qiymətləri və alıcıların fikirlərini almaq üçün Mingəçevir bazarına yollandıq.

Şəhər sakinləri isə mikrafonumuzu görər-görməz bahalıqdan şikayətləndilər. Onların sözlərinə görə, göyərti, ət, un, qoz və digər məhsulların qiyməti daha da bahalaşıb.

Satıcılar isə əksinə bazarda məhsul qıtlığının olmadığını bildirərək, qiymətlərin normal olduğunu deyirlər. Həmçinin alıcılıq qabiliyyətinin aşağı olmasından gileyləndilər.

Mingəçevir bazarına təkcə yerli sakinlər üz tutmur. Bazara həmçinin digər qonşu rayonlardan həm satıcı, həm də alıcı qismində gələnlər saysız-hesabsızdır. Bazarın baş nəzarətçisi Məhəmmədəli Əhmədovun sözlərinə görə, ona görə də məhsullardakı süni qiymət artımına xüsusi nəzarət var.

Mingəçevir bazarından hazırladığımız geniş videoreportajı sizlərə təqdim edirik:

Ehtiram Muradov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO