Sərnişinlərə XƏBƏRDARLIQ: Bakı metrosunun gücləndirilmiş iş rejiminə dəyişiklik ediləcək

Sərnişinlərə XƏBƏRDARLIQ: Bakı metrosunun gücləndirilmiş iş rejiminə dəyişiklik ediləcək

Hazırda oxunan: Sərnişinlərə XƏBƏRDARLIQ: Bakı metrosunun gücləndirilmiş iş rejiminə dəyişiklik ediləcək

65434

Novruz bayramının qeyd edildiyi günlərdə "Bakı Metropoliteni" QSC-nin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək. 

Bu barədə Bizim.Media-ya qurumdan bildirilib. 

Məlumata görə, 19-22 mart tarixlərində şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub. 

Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq. 
Sonda qeyd edək ki, martın 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək.

Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO