"Azərpoçt"un sabiq şöbə rəisi azadlığa buraxıldı

Hazırda oxunan: "Azərpoçt"un sabiq şöbə rəisi azadlığa buraxıldı

65339

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan "Azərpoçt" MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO