Novruz Bayramı günlərində Mingəçevir rəhbərliyi və şəhərin xidmət işçiləri yerli sakinləri və şəhərin qonaqlarını təəccübləndirmək fikrindədirlər. Hazırda xüsusi ab-hava var və şəhərdə qızğın hazırlıq işləri gedir.
Novruz rəmzlərini özündə əks etdirən rəngarəng tərtibatlar şəhərin giriş-çıxış hissəsinə, Kür çayı üzərində yerləşən nəqliyyat körpüsü üzərinə həmçinin insanların daha sıx olduğu yerlərə quraşdırılır.
Mingəçevir Şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şəhriyar Mustafayev deyir ki, ən ali məqsəd isə “Nur şəhəri”-nin bayram gecələrini daha diqqətçəkən etməkdir:
“Quraşdırılan bayram atributları sakinlərin də ürəyincədir. Kimisi şəkil çəkdirir, kimisi isə gözəlliyi seyr etməklə kifayətlənir. Şəhər sakinlərinin daha çox diqqətini çəkən isə işıqlı elementlərdir.
Həmçinin bu bahar- qarşılayacağımız Novruz öncəki illərdəki bayramlardan daha gözəl, daha özəldir. Çünki bu il də işğaldan azad edilən torpaqlarımızda qədim bayramızı qeyd edəciyik. Ata-baba yurdumuzda şanlı bayrağımız dalğalanacaq, bayram tonqalları qalanacaq”.
Bayrama sayılı günlər qaldığından birliyin əməkdaşları gecə-gündüz çalışırlar.
Mingəçevirlilər deyirlər ki, bayram tətilində güzarınızı mütləq bizim şəhərdən salın. Novruzda şəhərimiz möhtəşəm olacaq. Bayram arzuları ilə...
Səkinə Yusibli, Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
Günün videosu
13:13 / 17.03.2022
Bayram günləri Mingəçevir şəhəri belə görünəcək - VİDEOREPORTAJ
Hazırda oxunan: Bayram günləri Mingəçevir şəhəri belə görünəcək - VİDEOREPORTAJ
Hazırda oxunan: Bayram günləri Mingəçevir şəhəri belə görünəcək - VİDEOREPORTAJ
65291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.